Yuxarı

Rus PUA-ları Polşada: NATO hücum kimi qəbul etsə…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus PUA-ları Polşada: NATO hücum kimi qəbul etsə…

Çox güman ki, bu dronlar qəsdən Polşa istiqamətinə göndərilməyib, sadəcə idarəetmə itirilə bilər. Çünki onlar Belarus ərazisindən keçərək Polşaya daxil olublar və Belarus tərəfi də bu dronların bir hissəsini zərərsizləşdirib. Buna görə də ehtimal olunur ki, bu, təsadüfi hal ola bilər. Lakin bütün bunlar göstərir ki, müharibənin davam etməsi region üçün böyük təhlükələr yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Rusiya dronlarının Polşa hava məkanına daxil olması məsələsinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, NATO ölkələrinin hava məkanının pozulması ilə bağlı legitim addımlar atmaq hüququ var:

“Hadisələr göstərir ki, bu istiqamətdə müzakirələr aparılır. Polşa tərəfi NATO nizamnaməsinin 4-cü maddəsini əsas tutaraq müttəfiqləri məsləhətləşmələrə dəvət edir. Bu cür insidentlərin hücum aktı kimi qiymətləndirilməsi siyasi qərardır. Əgər NATO ölkələri bunu hücum kimi qəbul edərsə, Polşa da öz mövqeyini ortaya qoymalı olacaq”.

Vəlizadə bildirib ki, hadisələrin hücum aktı kimi qiymətləndirilməsi eskalasiyaya yol aça bilər:

“Əgər Polşa adekvat addım atarsa, bu, hərbi toqquşma riskini artıracaq. Ona görə həm NATO, həm də Polşa tərəfi belə addımlar atmaqda tərəddüd edir. Amma proseslər göstərir ki, bu, istisna deyil. Belə olan halda Rusiya-NATO münasibətlərinin daha da gərginləşməsi qaçılmaz olacaq. Bu isə həm Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik təşəbbüsləri zəiflədəcək, həm də yaxın gələcəkdə aparıla biləcək dialoqa mənfi təsir edəcək”.

Tarix
2025.09.12 / 09:14
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla