Yuxarı

Ukrayna Gürcüstanda partlayış törətmək istəyir? - Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Gürcüstanda partlayış törətmək istəyir? - Şok iddia

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze Ukraynadan gətirilən partlayıcı heksogen maddənin oktyabrın 4-nə təyin edilmiş yerli seçkiləri pozmağa hazır olan gürcü müxalifəti üçün nəzərdə tutulduğunu istisna etməyib.

Axar.az xəbər verir ki, Kaladze bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Ölkəmizə və gürcü xalqına qarşı mübarizə aparan qüvvəni nəzərə alsaq, hər şey mümkündür. Biz bilirik ki, vətəni olmayan insanlar hər şeyə qadirdirlər. Onları gürcü xalqı və ya ölkənin gələcəyi maraqlandırmır. Buna görə də mən heç nəyi istisna etmirəm, amma araşdırmanı gözləyəcəyik. Bütün suallara da buna uyğun cavab veriləcək. Bir daha bildirirəm ki, mən heç nəyi istisna etmirəm”, - deyə Kaladze bildirib.

Qeyd edək ki, Gürcüstanın hüquq-mühafizə orqanları Türkiyədən ölkə ərazisinə yük avtomobilində 2,4 kq heksogen gətirən iki Ukrayna vətəndaşını saxlayıb. Ölkənin Dövlət Təhlükəsizliyi Xidməti digər versiyalarla yanaşı, Ukraynadan partlayıcı maddələrin idxalı ilə müxalifətin oktyabrın 4-də, bələdiyyə seçkiləri günü hökuməti devirmək planları arasında mümkün əlaqəni nəzərdən keçirir.

Heksogen maddənin trotildən dəfələrlə güclü partlayış gücünə malik olduğu deyilir.

Tarix
2025.09.12 / 23:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla