Yuxarı

Netanyahu hücumdan bir saat əvvəl Trampla danışmışdı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahu hücumdan bir saat əvvəl Trampla danışmışdı...

İsrail Baş naziri Benyamin Netanyahu İsrailin Qətərin paytaxtı Dohaya olan hücumundan təxminən bir saat əvvəl ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Axar.az xəbər verir ki, bu barədə “Axios”a adı gizli saxlanılan israilli rəsmilər məlumat verib.

İsrail rəsmiləri Netanyahunun ABŞ-da yerli vaxtla səhər saat 8:00-da Trampa zəng etdiyini və Qətərə hücumun isə səhər saat 8:51-də baş verdiyini bildirib.

Mənbələr Trampın etiraz edəcəyi təqdirdə İsrailin geri çəkilə biləcəyini iddia edib.

“Tramp raketlər atılmadan əvvəl hücumdan xəbərdar idi. Trampla Netanyahu arasında əvvəlcə siyasi səviyyədə, sonra isə hərbi kanallarla danışıqlar oldu. Tramp yox demədi”, - deyə adı açıqlanmayan şəxslərdən biri deyib.

Digər rəsmi şəxslər də Trampa kifayət qədər xəbərdarlıq edildiyini vurğulayaraq qeyd edib ki, Ağ Ev rəhbəri hücumu dayandıra bilərdi, amma etməyib.

Tarix
2025.09.16 / 07:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla