Yuxarı

Hindistan bu addımı ilə “qırmızı xətti” keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan bu addımı ilə “qırmızı xətti” keçdi

Hindistan “Qərb-2025” təlimlərində iştirak etmək üçün öz qoşunlarını göndərib.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.

Qeyd olunur ki, təlimlərdə təxminən 30 min rus və belarus əsgəri iştirak edir. Onlar ballistik raketlərin buraxılışını və aviazərbələrin imitasiya olunmasını məşq edirlər. Təlimlər geniş ərazidə – Moskvadan şərqdəki bazalardan və Arktikadan tutmuş, Baltik dənizinə və Belarusun qərb sərhədinə, Polşa və Litvanın sərhədinədək keçirilir.

“Hindistan Müdafiə Nazirliyi bildirib ki, Kumoan alayının bölmələri də daxil olmaqla, ən elit qoşun hissələrindən olan 65 hərbçi göndərilib. Onlar NATO sərhədlərindən uzaqda – Nijni Novqorodun qərbində, təxminən 85 km məsafədə yerləşən Mulino poliqonuna dislokasiya olunublar”, – materialda vurğulanır.

Dehlinin açıqlamasına görə, məqsəd müdafiə əməkdaşlığını gücləndirmək və Hindistanla Rusiya arasında dostluq münasibətlərini möhkəmləndirməkdir.

Nəşr xatırladır ki, Hindistan 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl də “Qərb” təlimlərində və daha sonra bir neçə digər təlimdə iştirak etmişdi. Lakin analitiklərin fikrincə, NATO ilə Rusiya arasında gərginliyin artdığı bir vaxtda budəfəki təlimlərə qoşulmaq qərarı narahatedici mesajdır.

Almaniyalı xarici siyasət analitiki Ulrix Spek isə hesab edir ki, Hindistan bu addımı ilə “qırmızı xətti” keçib.

Qeyd edək ki, sözügedən əməliyyat sentyabrın 12-də başlayıb.

Tarix
2025.09.16 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla