
Bakı Qran-prisini işıqlandıracaq media nümayəndələrinin sayı
23:05
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
ABŞ Prezidenti Donald Trampın təyyarəsi ilə "Spirit Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nyu York səmasında toqquşma təhlükəsi yaşayıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Bildirilir ki, sərnişin təyyarəsi Böyük Britaniyaya yollanmaqda olan ABŞ prezidentinin təyyarəsinə həddindən artıq yaxınlaşıb.
"Boinq 747" (Trampın təyyarəsi - red.) Nyu York üzərindən uçarkən oxşar marşrutla hərəkət edən "Spirit Airlines" aviaşirkətinin təyyarəsi aşkar edilib. Hava hərəkətini idarə edən dispetçerlər dərhal sərnişin təyyarəsinin pilotlarına təcili olaraq kursunu dəyişməyi məsləhət görüblər", - deyə nəşrdə qeyd olunur.
Tarix
2025.09.17 / 21:35
|
Müəllif
Axar.az
|