Yuxarı

Daha 10 avtobus marşrutu müsabiqəyə çıxarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Horadiz, Sumqayıt-Kürdəmir, Mingəçevir-Ağcabədi, Şəki-Gəncə, Bərdə-Gəncə, Lənkəran-Sumqayıt, Beyləqan-Gəncə, eləcə də paytaxtın 71 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.

AYNA-dan Axar.az-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 16 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Horadiz, Sumqayıt-Kürdəmir və Mingəçevir-Ağcabədi istiqamətlərində 5 lot üzrə noyabrın7-də; Şəki-Gəncə, Bərdə-Gəncə, Lənkəran-Sumqayıt və Beyləqan-Gəncə istiqamətlərində, eləcə də paytaxtın 71 nömrəli ("Koroğlu" NMM - "Azadlıq prospekti" metrostansiyası) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda noyabrın 13-də baxılacaq.

Tarix
2025.09.17 / 20:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla