Yuxarı

Sərkisyan rusiyalı müğənninin pensiyasını oğurladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda ittiham olunan Gevork Sərkisyan müğənni Oleq Qazmanovun bütün pensiya əmanətlərini ələ keçirib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Qazmanovlar ailəsinin vəkilinin sözlərinə görə, müğənninin həyat yoldaşı Marina Qazmanova vəsaiti Sərkisyana borc verib. Təqsirləndirilən şəxs borc götürdüyü vəsaitləri “investisiyaya” yatırdığını iddia etsə də, onların necə istifadə olunması barədə ətraflı məlumat verməyib.

Xüsusi cəhət ondan ibarətdir ki, bu, Oleq Mixayloviçin bütün həyatı boyu pensiyasından yığdığı məbləğdir.

Vəkil bildirib ki, Sərkisyan ABŞ, Fransa, Böyük Britaniya və Meksikadakı investor tanışlarından danışıb.

“Yəqin ki, bir az da danışsaydı, o, İlon Maskla da dost olduğunu deyərdi”.

Bir il sonra Sərkisyana borcu qaytarmaq tapşırılıb, lakin o, ABŞ-dan pul köçürə bilməməsinin səbəbi kimi COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsini əsas gətirərək bundan imtina edib.

Dələduzluğun qurbanı olduqlarını anlayan Qazmanovlar Rusiya İstintaq Komitəsi ilə əlaqə saxlayıblar.

Tarix
2025.09.17 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla