Yuxarı

Rusiya MN-in sənədi yayıldı: 280 mindən çox hərbçi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya MN-in sənədi yayıldı: 280 mindən çox hərbçi...

Oktyabrın 6-da Rusiya Müdafiə Nazirliyinin sənədi dərc olunub və bu sənəd 2025-ci ildə Rusiyanın Ukrayna müharibəsindəki itkilərini üzə çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.

Qeyd olunur ki, hesabatda Ukraynada fəaliyyət göstərən hərbi qruplaşmalar üzrə ölən və yaralanan rus hərbçilərinin bölgüsü təqdim edilib. Məlumata görə, yanvar ayından bəri ruslar 280 min nəfərdən çox itki veriblər. “Meduza” və BBC-nin rus xidməti tərəfindən aparılan müstəqil araşdırma isə göstərib ki, 2025-ci təqvim ili ərzində rusların itkiləri təxminən 219 min nəfər olub. Bu məlumatlar Rusiyanın Ukraynaya təcavüzünün dağıdıcı nəticələrini göstərir.

Bundan əlavə, Rusiya on milyardlarla dollar dəyərində hərbi texnika və avadanlıq itirib. Rusiyanın işğaldan əvvəl mövcud olan tank qüvvələrinin üçdə ikisi məhv edilib, ukraynalılar isə Qara dənizdə Rusiya hərbi donanmasının təxminən yarısını batırıblar və ya sıradan çıxarıblar. Qiymətləndirmələrə görə, beynəlxalq sanksiyalar nəticəsində Rusiya yüz milyardlarla dollar iqtisadi zərər görüb.

Rusiya Ukraynaya qarşı müharibəsi zamanı yüz minlərlə hərbçini səfərbər edib. Onların arasında həm gənc və təcrübəsiz əsgərlər, həm də veteranlar və yüksək rütbəli zabitlər olub.

Tarix
2025.10.09 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla