Yuxarı

Nobel alan şəxs mənə zəng etdi, dedi ki... - Tramp

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nobel alan şəxs mənə zəng etdi, dedi ki... - Tramp

Nobel Sülh mükafatı alan şəxs (Mariya Korina Maçado – red.) mənə zəng edərək, bu mükafatı mənə həsr etdiyini dedi.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Mən ona demədim ki, bunu (mükafatı - red.) mənə ver. Amma düşünürəm ki, o, verə bilərdi”, - ABŞ prezidenti əlavə edib və onun bu sözləri gülüşə səbəb olub.

Qeyd edək ki, Maçado onun azadlıq və demokratiya uğrunda mübarizəsinin Tramp və digər əsas müttəfiqlərdən asılı olduğunu yazıb.

“Mən bu mükafatı Venesuelanın əziyyət çəkən xalqına və bizim işimizə verdiyi qətiyyətli dəstəyə görə Prezident Trampa həsr edirəm!” - o bildirib.

Xatırladaq ki, venesuelalı demokratiya fəalı Mariya Korina Maçado 2025-ci il Nobel Sülh mükafatına layiq görülüb. Nobel Sülh mükafatına namizədlər arasında isə Donald Tramp da var idi.

Tarix
2025.10.11 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Putin bu planlara imkan vermədi - Arkov

Bakıda mühüm üçtərəfli görüş: Müqavilə...

Bayramov Fidanla danışdı: Qəzza razılaşması...

Azərbaycan bu prinsiplərinə sadiqdir - Deputat

TRİPP Zəngəzuru Azərbaycana bağlayacaq - Zurabyan

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

Qızılın yeni qiyməti “köpükdür”, yoxsa reallıq?

Azərbaycandan dünyaya açılan enerji... - Kalın

Həccə və ya Ümrəyə gedən zəvvarların diqqətinə!

İlham Əliyevdən Düşənbə səfəri ilə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla