Yuxarı

AB bu gündən yeni giriş-çıxış sisteminə start verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB bu gündən yeni giriş-çıxış sisteminə start verdi

Bu gündən etibarən Avropa Birliyində (AB) birliyə üzv olmayan ölkələrin vətəndaşları üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış yeni elektron sərhəd sisteminin (Entry/Exit System - EES) tətbiqinə başlanıb.

Axar.az xəbər verir ki, bu sistem vasitəsilə həmin şəxslər 29 Avropa ölkəsinin xarici sərhədini keçdikdə onların məlumatları elektron şəkildə qeydiyyata alınacaq. EES şəxsin adını, səfər sənədi məlumatlarını, biometrik göstəriciləri (barmaq izləri və üz təsviri), həmçinin giriş və çıxış tarixini və yerini tam şəkildə qeyd edəcək. Növbəti səfərlərdə artıq yalnız üztanıma biometrik sistemi kifayət edəcək.

Ölkəyə girişdən imtina halları barədə məlumatları da qeyd edəcək EES 29 Avropa ölkəsində altı ay ərzində mərhələli şəkildə tətbiq olunacaq. Bu müddətdə sərhəd orqanları AB-yə üzv olmayan vətəndaşların məlumatlarını tədricən sistemə daxil edəcəklər. Gələn il aprelin 10-dan etibarən EES pasportlara əl ilə möhür vurulması sistemini tam əvəz edəcək. Yeni sistem ölkədə icazə verilən qalma müddətini aşan şəxslərin (over-stayers) avtomatik aşkarlanmasına imkan verəcək.

Bu sistem avtomatlaşdırılmış sərhəd nəzarəti və özünəxidmət terminallarının daha geniş tətbiqinə imkan yaradacaq ki, bu da sərnişinlər üçün daha sürətli və rahat keçidi təmin edəcək. AB-nin məqsədi qanunsuz miqrasiyanın qarşısını almaq, Avropada yaşayan və səyahət edən insanların təhlükəsizliyini artırmaqdır. Bununla yanaşı, sistem AB-yə üzv olmayan vətəndaşların səyahət prosesini asanlaşdıracaq, müddəti aşan qalma və saxta sənədlərdən istifadə hallarını daha səmərəli şəkildə müəyyənləşdirəcək.

Tarix
2025.10.12 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla