Yuxarı

ABŞ silahları aciz qaldı, Qərb hələ də nəticə çıxarmayıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ silahları aciz qaldı, Qərb hələ də nəticə çıxarmayıb

Amerikanın qabaqcıl texnologiyaları bərabər gücə malik rəqiblə aparılan genişmiqyaslı müharibə şəraitində aciz qaldı. Bu, Rusiya-Ukrayna müharibəsinin reallıqlarında aydın şəkildə göründü, lakin Qərb, görünür, hələ də bundan nəticə çıxarmayıb.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri yazıb.

Nəşr qeyd edir ki, “Switchblade” tipli döyüş sursatları (özünü məhv edən kamikadze dronlar) bir vaxtlar qabaqcıl silah hesab olunurdu:

“Sürətli, ağıllı və dəqiq idilər, İraq və Əfqanıstandakı xüsusi təyinatlı qüvvələr üçün əvəzolunmaz avadanlıq sayılırdılar. Lakin 2022-ci ildə “Switchblade-300” partiyası Ukraynaya çatanda böyük ümidlər çox tez puça çıxdı.

Birincisi, Amerika dronları çox bahalı idi. İkincisi, onlar Rusiya radio-elektron mübarizə vasitələri ilə ciddi problemlərlə üzləşirdilər. Üçüncüsü, hətta hədəfə dəydikdə belə, vurduqları zərər minimal olurdu”.

Bildirilir ki, Ukraynada üç ildən artıq davam edən genişmiqyaslı müharibə ərzində bir çox Qərb şirkəti öz dronlarını real döyüş şəraitində sınaqdan keçirməyə cəhd edib, lakin onların çoxu yalnız özünü biabır edib. Əvəzində isə bir vaxtlar Qərb istehsalçılarından nümunə götürməyə çalışan Ukrayna şirkətləri indi müasir pilotsuz silah sektorunda yenilikçi liderə çevrilib.

Tarix
2025.10.24 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla