Yuxarı

Rusiya Kiyevi ballistik raketlərlə vurdu: ölən var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Kiyevi ballistik raketlərlə vurdu: ölən var

09:09

Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib.

Axar.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko Teleqram kanalında paylaşım edib.

Kliçkonun sözlərinə görə, şəhərin Desnyan və Darnitsa rayonlarında qeyri-yaşayış binalarında güclü yanğınlar baş verib. Dnepr rayonunda isə yaşayış binaları zədələnib, pəncərələr qırılıb, avtomobillər yararsız hala düşüb, binalardan birinin həyətində krater əmələ gəlib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə həmin rayonda yerləşən uşaq bağçasının da hücumdan zərər çəkdiyini vurğulayıb.

Bildirilib ki, hücum nəticəsində 8 nəfər yaralanıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

Paytaxta zərbələr endirildikdən sonra Ukrayna Hərbi Hava Qüvvələri ölkənin bütün ərazisində ballistik hücum təhlükəsi barədə xəbərdarlıq edib.

***

Rusiya ordusunun Kiyevə ballistik raketlərlə hücumu nəticəsində 1 nəfər ölüb.

Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.

Məlumatına görə, yaralananların sayı 10-a çatıb.

Tarix
2025.10.25 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

İlham Əliyev Tokayevi təbrik etdi

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla