Yuxarı

Pokrovsk əməliyyatının Ukrayna üçün faydaları

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pokrovsk əməliyyatının Ukrayna üçün faydaları

Pokrovskda uğurlu əks-hücum əməliyyatları nəticəsində Ukrayna hərbçiləri şəhərin bir neçə məhəlləsində taktiki mövqelərini yaxşılaşdırmağa nail olublar.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının 7-ci Operativ Reaksiya Korpusunun məlumatında bildirilib.

“Pokrovskda hücum qruplarının sayını artırırıq, şəxsi heyətin hərəkətini diversifikasiya olunmuş üsullarla həyata keçiririk. Eyni zamanda, Ukrayna hərbçiləri düşmənin logistikasının bloklanması və sonradan dayandırılması üzərində işləyirlər. Düşməni atəş nəzarəti altında saxlayırıq”, - məlumatda vurğulanıb.

Həmçinin qeyd olunub ki, son bir həftə ərzində şəhərdə 85 rus məhv edilib, ümumilikdə isə oktyabr ayında 7-ci korpusun məsuliyyət zolağında Ukrayna döyüşçüləri 1320 rusiyalını zərərsizləşdirib, 646 rus əsgər isə “döyüş qabiliyyətini itirib”.

Qeyd edək ki, Donetsk vilayətinin Pokrovsk şəhərində Ukrayna qoşunları əks-hücum əməliyyatı keçirib. Daha sonra isə Rusiya Müdafiə Nazirliyi helikopterlə Pokrovska enən 11 ukraynalı xüsusi təyinatlının hamısının öldürüldüyü xəbərini yayıb.

Tarix
2025.11.02 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...

Epşteynin pərdəarxası: Qlobal elitanı kimlər şantaj edir?

İlham Əliyev Məhəmməd Əbdülsalamla görüşdü

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla