Yuxarı

Portuqaliyada kütləvi etirazlar başladı: Minlərlə insan...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Portuqaliyada kütləvi etirazlar başladı: Minlərlə insan...

Portuqaliyanın paytaxtı Lissabonda minlərlə insan Baş nazir Luis Monteneqro hökumətinin təklif etdiyi yeni əmək qanunlarına etiraz edib.

Axar.az xəbər verir ki, bu barədə Portuqaliya mediası məlumat yayıb.

Məlumata görə, ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatı olan CGTP-nin təşkil etdiyi aksiya “Hamı Lissabona” şüarı altında keçirilib. Etirazçılar həm dövlət, həm də özəl sektor işçilərindən ibarət olub.

Etirazların səbəbi hökumətin 2025-ci ilin sentyabrında təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişikliklərdir.

Aksiya iştirakçıları hesab edir ki, yeni qaydalar işçi hüquqlarını pozur və istismarı artırır. Dəyişikliklər işçilərin işdən çıxarılmasını asanlaşdırmağı, autsorsinq məhdudiyyətlərinin yumşaldılmasını və “fərdi vaxt bankları”nın yaradılmasını nəzərdə tutur. Bu sistem işçilərə gündə iki əlavə saat işləməyə imkan verir.

Tarix
2025.11.09 / 10:57
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla