Yuxarı

Tokayevlə planlar hazırlayacağıq - Putin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayevlə planlar hazırlayacağıq - Putin

Qasım-Jomart Tokayevin iki günlük dövlət səfəri zamanı ortamüddətli əməkdaşlıq planlarını müəyyən edə biləcəyik.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı ilə görüşündən danışarkən deyib.

“Bizim qeyri-rəsmi şəraitdə xüsusi maraq doğuran bütün məsələləri müzakirə etmək imkanımız olacaq. Daha sonra həmkarımla birlikdə ikitərəfli münasibətlərimizin bütün gündəliyini nəzərdən keçirəcəyik və təbii ki, gələcəyə baxacağıq. Ümumiyyətlə, düşünürəm ki, biz cari ili çox yaxşı başa vuracağıq və yaxın gələcək, eləcə də uzunmüddətli perspektiv üçün planlar hazırlayacağıq.

Rusiya və Qazaxıstan daim təmasda olsalar da, bu cür protokol xarakterli tədbirlər də dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət daşıyır”, - deyə Putin əlavə edib.

Bundan əlavə, Putin Rusiyaya etdiyi səfərə görə Tokayevə təşəkkürünü bildirib.

Qeyd edək ki, Tokayev ötən gün Rusiyaya səfər edib.

Tarix
2025.11.12 / 07:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla