Yuxarı

Rusiyanın Avropa ölkələrinə müharibəsi nə vaxt başlaya bilər?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Avropa ölkələrinə müharibəsi nə vaxt başlaya bilər?

Rusiya Avropaya hərbi əməliyyatları çoxdan planlaşdırıb, lakin bu, yalnız Ukraynaya qarşı müharibədən sonra mümkün olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

Onun sözlərinə görə, Rusiya yaxın dövr üçün məqsəd kimi Qərb ölkələrinin Ukraynaya göstərdiyi dəstəyi azaltmağı hədəfləyir. Söhbət Avropa ölkələrində hücumlardan, dronların göndərilməsindən gedir:

“Əsas vəzifə bu ölkələrin cəmiyyətini qorxutmaqdır: biz istədiyimiz nəticəni siyasətçilər vasitəsilə əldə edə bilmirik, bir sıra səbəblərə görə. O zaman indi cəmiyyət vasitəsilə işləyəcəyik ki, onlar qorxsunlar və özləri müharibə əleyhinə nümayişlərlə çıxış etsinlər, müharibə əleyhinə mövqelər bildirsinlər. Onlar avtomatik olaraq Rusiya ilə eskalasiyanın azaldılmasına təkan verəcəklər. Bunun yolu isə Ukraynaya köməyin azaldılması və özlərini silahlandırmaqdır. Qoy, özlərini özləri müdafiə etsinlər”.

Onun fikrincə, əgər Rusiya təzyiqi səbəbindən Avropada mövqelər zəifləsə, bu təzyiq artacaq:

“Avropa ərazisində müharibəyə ciddi şəkildə hazırlaşmayıb. Rusiya hazırlaşmışdı, Avropa isə yox. Hamı indi sadəcə reallıqla üzləşib — bu reallıq indi yaranmayıb, sadəcə olaraq hamı üçün üzə çıxıb”.

Tarix
2025.11.20 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla