Yuxarı

30 kilometrlik ərazi üçün mübahisə edirlər - Rubio

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 kilometrlik ərazi üçün mübahisə edirlər - Rubio

Rusiya Donbasdan Ukrayna qoşunlarının çıxarılmasını tələb edir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio “Foks Nyus” telekanalına deyib.

“Hazırda onların mübahisə etdiyi məsələ təxminən 30–50 kilometrlik ərazi və Donetsk vilayətinin 20%-i ilə bağlıdır. Bu hissə hələ də Ukraynanın nəzarəti altındadır.

ABŞ Ukraynaya hazırkı səviyyədə yardımı sonsuz müddət davam etdirə bilməz. Bəziləri düşünür ki, bizim siyasətimiz Ukraynanı savaş nə qədər davam edərsə-etsin, limitsiz şəkildə maliyyələşdirməkdən ibarət olmalıdır. Bu, real deyil. Reallığa uyğun gəlmir. Və belə olmayacaq. Biz uzun müddətdir bildiririk ki, bu miqyasda dəstəyi saxlamaq mümkün deyil.

Hər iki tərəflə danışmaq lazımdır. Elə adamlar var ki, qeyri-rasional davranırlar. Düşünürlər ki, yalnız Ukrayna ilə danışmalı, Rusiya ilə, ümumiyyətlə, danışmamalıyıq. Amma Rusiya və Ukrayna arasındakı müharibəni Rusiya ilə danışmadan bitirmək mümkün deyil”, - Rubio bildirib.

Tarix
2025.12.03 / 10:21
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla