Yuxarı

ABŞ NATO-dan çıxa bilər? - Qanun layihəsi hazırlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ NATO-dan çıxa bilər? - Qanun layihəsi hazırlandı

Respublikaçı ABŞ konqresmeni Tomas Massi ABŞ-ın Şimali Atlantika Alyansından çıxmasını nəzərdə tutan HR 6508 qanun layihəsini (“NATO Qanunu”) Nümayəndələr Palatasına təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə siyasətçinin rəsmi saytında məlumat yayılıb.

“NATO Soyuq müharibənin qalığıdır. Biz NATO-dan çıxmalı və bu pulu sosialist ölkələrini deyil, öz ölkəmizi müdafiə etmək üçün istifadə etməliyik. Bu ittifaq 30 il əvvəl dağılan Sovet İttifaqına qarşı durmaq üçün yaradılıb. Blokda iştirak Amerika vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib və ABŞ-ın xarici münaqişələrdə iştirakı riskini yaratmağa davam edir. Varlı ölkələr öz müdafiə xərclərini ödəməkdən imtina etdikdə, Amerika dünya üçün “təhlükəsizlik yorğanı” olmamalıdır”, - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə müttəfiqlərinin müdafiə xərclərinin yetərli olmaması səbəbindən ölkəni NATO-dan çıxarmaqla hədələyib.

Tarix
2025.12.10 / 12:47
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla