Yuxarı

Tutuquşu qatili polisə satdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tutuquşu qatili polisə satdı

Hindistanın Aqra şəhərində danışan tutuquşu 45 yaşlı sahibəsi Nilam Şarmanın qətlinin üstünün açılmasında polisə yardımçı olub.

"Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, polis bir həftə ərzində cinayətkarın kimliyini müəyyən etmək istəyib. Herkules adlı tutuquşu onlara yardımçı olub.

Qətlə yetirilmiş qadının həyat yoldaşı Vicay Şarma qəzetlərə verdiyi açıqlamasında deyib ki, hər dəfə qardaşı oğlu Aşu onlara gələndə tutuquşunun davranışları dəyişir. Bundan başqa onun adı çəkiləndə quş hər dəfə ora-bura atılır və onu görəndə isə qorxduğu hiss olunur. Aşunun adı çəkiləndə isə tutuquşu hər dəfə həyəcan keçirib. Bir dəfə də tutuquşu qəfildən "Aşu öldürdü!" deyə səs eləyib. Tutuquşunun bu sözündən sonra Vicay polisə yenidən müraciət edib Həmin hadisədən əvvəl də polis Aşunu şübhəlilər siyahısına əlavə etmişdi. Ancaq ailənin kəskin etirazından sonra adı şübhəlilər siyahısından çıxarılmışdı. Aşu yenidən polisə çağırılaraq dindirilib. Onun günahını etiraf etməkdən başqa çarəsi qalmayıb.

Tarix
2014.03.02 / 01:20
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla