Yuxarı

Rusiya vurdu: 1 milyon insan işıqsız qaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya vurdu: 1 milyon insan işıqsız qaldı

Rusiyanın gecə saatlarında Ukraynanın energetika infrastrukturlarına raket və PUA-larla endirdiyi zərbələr nəticəsində 1 milyondan çox abonent elektrik enerjisiz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko Teleqram kanalında məlumat verib.

Nazirin sözlərinə görə, hücumlar Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa və Çerniqov vilayətlərini əhatə edib. Hadisə nəticəsində azı 5 nəfər yaralanıb.

Klimenko bildirib ki, elektrik təchizatı baxımından ən ağır vəziyyət Odessa və Nikolayev vilayətlərindədir.

Qeyd edək ki, daha öncə Prezident Zelenski bu gecə Rusiyanın ən böyük hücumlarından birini etdiyini və enerji infrastrukturunu hədəf aldığını açıqlamışdı.

Tarix
2025.12.13 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla