Yuxarı

İranda yeni türk əyaləti yarana bilər - Kampaniya başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda yeni türk əyaləti yarana bilər - Kampaniya başladı

İranın müxtəlif əyalətlərində yaşayan qaşqay türkləri Qaşqayi əyalətinin yaradılması və ya onların kompakt yaşadıqları əyalətlərdən birinə Qaşqayi adının verilməsi tələbi ilə imza kampaniyası başladıblar.

Axar.az xəbər verir ki, bu haqda onlar sosial media şəbəkəsində məlumat yayıblar.

Məlumata görə, kampaniyanın başladılmasından keçən 3 gün ərzində 28 mindən çox qaşqay türkü bununla bağlı petisiyaya imza atıb.

Qeyd edək ki, qaşqay türkləri əsasən İranın Şiraz, İsfahan, Çaharmahal və Bəxtiyari və Buşehr əyalətlərində, qismən isə Xuzistan, Köhgiluye və Boyer Əhməd əyalətlərində yaşayırlar.

Onlar saylarının təxminən 3 milyon olduğunu bildirsələr də, 2016-cı ilin rəsmi statistikasına əsasən İranda 959 min nəfər qaşqay türkcəsində danışır.

Tarix
2025.12.16 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla