Yuxarı

Zelenskinin mühüm gedişi: ABŞ bu təyinatı alqışladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskinin mühüm gedişi: ABŞ bu təyinatı alqışladı

Zelenski hərbi kəşfiyyat şefi Kirill Budanovu Prezident Ofisinin rəhbəri vəzifəsinə təyin edib. Bu, nə deməkdir, Budanov kimdir və kimin adamıdır?

Axar.az xəbər verir ki, bunu politoloq Kamran Cəfərli deyib.

“İlk növbədə “Nyu York Tayms” qəzetinin bu barədə məqaləsindən əsas tezisləri qeyd edək.

- Budanovun ABŞ-la sıx və uzunmüddətli əlaqələri var: Tramp ilə mümkün danışıqlar zamanı dialoqun açarıdır.

- Ukraynanın şərqində yaralandıqdan sonra o, “Walter Reed National Military Medical Center”də müalicə alıb. Bu, Ukrayna hərbçisi üçün istisna haldır və yalnız ABŞ xüsusi xidmət orqanalrının birbaşa dəstəyi ilə mümkündür.

- Bu səviyyədə əlaqələr və etimad çox az adama nəsib olur və bu, Budanovun Amerika güc strukturları ilə münasibətlərində xüsusi statusa malik olduğunu göstərir.

- Vaşinqtonda Budanovu Amerika güc strukturlarının məntiqini anlayan və onlarla "eyni dildə" danışa bilən etibarlı tərəfdaş kimi qəbul edirlər.

- Budanov MKİ-nin dəstəklədiyi proqramlar çərçivəsində hazırlıq keçib və hələ genişmiqyaslı müharibədən xeyli əvvəl Amerika kəşfiyyatı ilə əməkdaşlığa inteqrasiya olunub.

- Məhz bu cür qeyri-rəsmi əlaqələr, müharibənin başa çatması məsələsi yenidən danışıqlar müstəvisinə keçərsə, həlledici ola bilər.

Budanovu Baş Kəşfiyyat İdarəsinin rəhbəri postunda Oleq İvaşçenko əvəz edəcək. Hazırda o, Xarici Kəşfiyyat Xidmətinin rəhbəridir, əvvəllər isə Budanovun birinci müavini vəzifəsini tutub", - o bildirib.

Politoloq qeyd edib ki, Qərbdə, ələlxüsus da ABŞ-da bu təyinat müsbət qarşılanıb:

"Məsələnin siyasi tərəfi də var. Budanov bir kəşfiyyatçı üçün lazım olandan daha çox medialı fiqur idi. Həmçinin onu prezident reytinqlərinə də daxil edirdilər. Yəni o, müstəqil böyük siyasi karyeraya iddia edirdi. İndi isə bu, o qədər də açıq görünməyəcək, yalnız o halda mümkündür ki, Zelenski onu seçkilərə çıxarsın, özü isə siyasətdən kənara çəkilsin...”.

Tarix
2026.01.02 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla