Yuxarı

Venesuela əməliyyatı: Dünyada heç bir ölkə buna qadir deyil!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Venesuela əməliyyatı: Dünyada heç bir ölkə buna qadir deyil!

Trampın Venesuelanı Ukraynaya "dəyişməsi" haqda iddialar doğru deyil.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

O bildirib ki, Qərb yarımkürəsi ABŞ-ın maraq zonasıdır və Trampa bunun üçün Putinin razılığı lazım deyil:

“Tramp dəfələrlə deyib ki, Ukrayna Avropadadır və bu, Avropa ölkələrinin maraq zonasıdır. Bu iki tezis rəsmi şəkildə ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasına daxildir.

Amma Tramp Ukraynadakı müharibəni dayandırmadan sakitləşməyəcək, otaqdakı "fil" həddindən artıq böyükdür və dünən ona bu barədə yenə sual verdilər (və verməyə davam edəcəklər). Ukraynaya gələcək razılaşmada ABŞ-dan təhlükəsizlik zəmanətləri lazımdır və onlar olacaq”.

Ekspertin fikrincə, ABŞ dünyada yeganə supergücdür:

“Birinci iqtisadiyyat və ya ən böyük müdafiə büdcəsi mövzusunu kənara qoyun, sadəcə, dünənki əməliyyata baxın. Dünyada heç bir ölkə bu qədər mürəkkəb hərbi əməliyyat keçirə bilməz, bu, mümkün deyil. Əməliyyat dəniz blokadası ilə başladı, dünən yüzlərlə təyyarə və onlarla gəmi cəlb olundu, kəşfiyyat işə düşdü, xüsusi təyinatlılar yeridildi, Venesuela HHM sistemi faktiki olaraq kor vəziyyətə salındı və s. Hər şey saat mexanizmi kimi işləyirdi. Bu, unikal bir əməliyyatdır.

Bunu Rusiyanın Qostomeldəki desant əməliyyatı ilə müqayisə edin”.

Tarix
2026.01.04 / 22:26
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla