Yuxarı

İranda etiraz aksiyalarında ölənlərin sayı şok etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda etiraz aksiyalarında ölənlərin sayı şok etdi

İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib.

Axar.az xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRNA) məlumat yayıb.

Bildirilib ki, etirazlar zamanı ən azı 544 nəfər ölüb. Agentlik həmçinin daha 579 ölüm hadisəsi barədə məlumat aldığını və bununla da ölənlərin sayının 1123-ə çatdığını qeyd edib.

Qurbanların əksəriyyətinin əsasən yaxın məsafədən aşılan atəşlə öldürüldüyü vurğulanıb. Dövlət televiziyası Tehranın məhkəmə ekspertizası binasının qarşısında yerdə uzanan onlarla cəsəd torbasını göstərərək, qurbanların "silahlı terrorçular" tərəfindən təşkil edilən tədbirlərin qurbanları olduğunu iddia edib, eləcə də paytaxtın Kəhrizak məhkəmə ekspertizası mərkəzinin qarşısında toplaşaraq cəsədlərin şəxsiyyətinin müəyyən edilməsini gözləyən insanların görüntülərini yayımlayıb.

BBC-nin məlumatına görə, Rəşt şəhərindəki Pursina Xəstəxanasının morqu öldürülən iranlı etirazçıların cəsədləri ilə doludur. Qurbanların qohumlarına cəsədlərin dəfn edilməsinin təxminən 7000 dollara başa gələcəyi deyilib.

CNN Tehranın bir neçə xəstəxanasında "tamamilə xaos" vəziyyətinin yarandığını bildirir. Kanalın məlumatına görə, ölənlərin cəsədləri üst-üstə yığılıb və tibb müəssisələri ölüm axınının öhdəsindən gələ bilmir.

Tarix
2026.01.12 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Konstitusiyamız demokratik inkişafa təminat yaradan...

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla