Yuxarı

Yalnız Rusiya qonşularına bu gözlə baxır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yalnız Rusiya qonşularına bu gözlə baxır

Dünyanın heç bir ölkəsində dövlət mediasının əməkdaşları qonşu ölkənin suverenliyini inkar edən fikirləri açıq şəkildə ifadə etmirlər. Amma Rusiya istisnadır.

Axar.az xəbər verir ki, bunu özbək jurnalist və bloger Nikita Makarenko rusiyalı təbliğatçı Vladimir Solovyovun Orta Asiya və Ermənistana xüsusi hərbi əməliyyat keçirmək çağırışına reaksiya verərkən deyib.

“Solovyov şəxsi mövqeyini ifadə etmir, o, ancaq ona tapşırılan mesajları yayımlayır. “Ortaq keçmiş”, “xalqlar dostluğu”, “şanlı SSRİ” və “ortaq qələbə” haqqında danışmaq, sadəcə, neokolonial siyasətin arxasında gizlənən bir pərdədir. Moskva Orta Asiya ölkələrinə bərabərhüquqlu tərəfdaş və ya müttəfiq kimi deyil, xammal və müstəmləkə bazası kimi baxır”, - o bildirib.

Jurnalist həmçinin Rusiya dövlətinin təsiri ilə yaradılan təşkilatların və strukturların, o cümlədən Rus Evi, təbliğat mediası və onları dəstəkləyən “beşinci kolon”un fəaliyyətinin diqqətlə araşdırılmasına çağırıb:

“Bu strukturlar Özbəkistandakı rusdilli azlığın maraqlarını təmsil etmir, əksinə imperialist siyasətin maraqlarına xidmət edir. Özbəkistanın rusdilli vətəndaşları dinc, suveren dövlət ideyası ətrafında birləşməli, “müstəmləkə ağaları” olmadan müstəqil həyat qurmalı və öz evlərini müdafiə etməlidirlər”.

Tarix
2026.01.12 / 15:24
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycanla bu ölkə arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla