Yuxarı

Səkkiz ölkə Trampa qarşı birləşdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səkkiz ölkə Trampa qarşı birləşdi

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya məsələsinə görə NATO-nun səkkiz ölkəsinə qarşı yeni gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı hədələri transatlantik əlaqələrə zərbə vurur və gərginliyin artmasına (eskalasiyaya) səbəb ola bilər.

Axar.az Teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçin birgə bəyanatında deyilir.

Sənədi Almaniya hökumətinin mətbuat xidməti yayıb.

"Biz Danimarka Krallığı və Qrenlandiya əhalisi ilə tam həmrəyliyimizi ifadə edirik. Ötən həftə başlayan prosesə istinad edərək, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında dialoqa başlamağa hazırıq. Biz bu prinsipləri qətiyyətlə müdafiə edirik", - deyə sənəddə vurğulanıb.

Bəyanatda qeyd olunub ki, rüsumların tətbiqi ilə bağlı hədələr münasibətləri pozmaqla yanaşı, ciddi risklər daşıyır:

"Biz bundan sonra da vahid cəbhə kimi və razılaşdırılmış şəkildə cavab verəcəyik. Suverenliyimizi qorumaqda qərarlıyıq".

Sənəddə həmçinin Arktikada təhlükəsizliyin təmin edilməsinin NATO-nun ümumi vəzifəsi olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Danimarkanın koordinatorluğu ilə keçirilən "Arctic Endurance" təlimləri heç bir tərəf üçün təhlükə törətmir.

Xatırladaq ki, daha əvvəl D.Tramp ABŞ-ın Qrenlandiyanı "tam və birdəfəlik əldə etməsi" barədə razılaşma əldə olunana qədər adıçəkilən səkkiz ölkədən 10% həcmində idxal rüsumu tutulacağını bəyan etmişdi.

Tarix
2026.01.18 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

MHP-dən Azərbaycan açıqlaması: Xəzərlə Aralıq ayrılmaz!

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

Bakıya kimlər gəldi və gələcək? - Siyahı

Prezident onlara müraciət ünvanladı

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla