Yuxarı

Rus əsgəri İran torpağında – 75 ildən sonra

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus əsgəri İran torpağında – 75 ildən sonra

İkinci Dünya Müharibəsinin ən qızğın çağında Rusiya Britaniya ilə birgə almanpərəst şahı devirmək üçün İranı işğal etmişdilər.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin "Deyli Teleqraf" qəzetində yayımlanan məqalədə deyilib.

Məqalədə 1941-ci ildə həyata keçirilmiş həmin əməliyyatdan 75 il sonra Rusiya qüvvələrinin İrana təkrar gəldiyi qeyd olunub:

"Bu dəfə müdaxilənin adı Suriyadakı hədəflərin daha yaxından vurulmasıdır. Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, Tu-22 və Su-34 təyyarələri bombalarla dolu vəziyyətdə Tehranın 320 kilometrliyində, Həmədan əyalətində yerləşən bazadan havaya qalxıb. Rusiyanın hər hansı bəyanatına inamın az olduğu bir vaxtda, Müdafiə Nazirliyi öz saytında təyyarənin videosunu yerləşdirib.

1979-cu il inqilabından bu yana İran heç bir dövlətə ərazisində hərbi əməliyyat keçirməsinə icazə verməyib. İndi Rusiya bombardmançı təyyarələrinin İrana göndərilməsi Suriya Prezidenti Bəşər Əsədi müdafiə edən Moskva və Tehranın nə dərəcədə yaxınlaşdığını göstərir. Lakin bu müdaxilə hərbi uğurun göstəricisi deyil. Əsəd Hələbdəki istehkam qırıldıqdan sonra yenidən müdafiə mövqeyindədir. Suriya lideri qiyamçıların hücumunun qarşısını almaq istəyirsə, Rusiyanın daha çox hava zərbələrinə ehtiyac olacaq.

İndiyədək aviasiya zərbələri üçün Suriyadakı bazalardan və ya Rusiyanın özündən qalxan təyyarələr indi İrandan uçmaqla vaxta qənaət edəcək, daha çox zərbə endirəcək.

Cəmi beş ay əvvəl Prezident Vladimir Putin iftixarla missiyanın yerinə yetirildiyini, qüvvələrin vətənə qayıtdığını açıqlamışdı. İndi Rusiyanın İrandakı bazaya möhtac olması, Putinin həmin bəyanatının nə qədər uydurma olduğunu göstərir.

***

Rusiya faktiki olaraq iki Yaxın Şərq ölkəsinin ərazisindədir. ABŞ-ın İŞİD qruplaşmasına qarşı zərbələrini çıxmaq şərti ilə Suriyadan kənarda durmaq qərarı Putin üçün boşluğu doldurmaq imkanı yaradıb. Qərbin geri çəkildiyi bir vaxtda Rusiya müdaxiləsini daha da genişləndirib".

Tarix
2016.08.17 / 17:55
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

Əliyev və Pezeşkianın görüşündəki rəsmin mesajı...

Azərbaycan Türkiyə və İsrail arasında... - İsrail

Simonyan Bakıya mümkün səfəri barədə danışdı

Bayramov Kestutis Budrislə danışdı

Ermənistana 989 ton olan dizel göndərildi

Prezident San Marinonun Regent Kapitanlarını təbrik etdi

İlham Əliyev Pere Joan Pons Sanpietronu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla