Yuxarı

Georgi Vaşadze azadlığa buraxıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Georgi Vaşadze azadlığa buraxıldı

Gürcüstanda "Strategiya Aqmaşenebeli" Siyasi Birliyinin lideri Georgi Vaşadze həbsxanadan çıxıb.

Axar.az xəbər verir ki, azadlığa buraxıldıqdan sonra jurnalistlərə açıqlama verən G.Vaşadze Gürcüstanda ədalətli, azad və inkişaf edən bir cəmiyyət qurmaq niyyətində olduqlarını vurğulayıb.

Siyasi birlik lideri müxalif qüvvələr arasında birliyin vacibliyinə də toxunaraq qeyd edib ki, məqsəd böyük və ümumi olduqda daha çox təşkilatlanma və əməkdaşlığa ehtiyac var.

Qeyd edək ki, Tiflis Şəhər Məhkəməsi G.Vaşadzeni parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirmədiyinə görə 7 ay müddətinə azadlıqdan və 2 il müddətinə dövlət vəzifələrində çalışmaq hüququndan məhrum etmişdi. Məhkəmə Vaşadzenin istintaq komissiyasına gəlməməsi və müəyyən edilmiş müddətdə cəriməni ödəməməsi səbəbindən onun barəsində 50 min lari məbləğində girov qətimkan tədbiri seçmişdi.

Bundan əlavə, Gürcüstan Prokurorluğu G.Vaşadzeni bir sıra digər müxalifət liderləri ilə birlikdə konstitusiya quruluşunu devirməyə cəhd və sabotajda ittiham edirdi. Bu iş üzrə Mixeil Saakaşvili, Nika Qvaramiya, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı da cinayət işi açılıb.

Tarix
2026.01.23 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla