Yuxarı

Putini "qorxaq" adlandıran siyasətçi məhkəməyə verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putini "qorxaq" adlandıran siyasətçi məhkəməyə verildi

Samara vilayəti şurasının deputatları siyasətçi Qriqori Yeremeyevin müharibəyə son qoyulmasını tələb edən çıxışından sonra ondan hüquq-mühafizə orqanlarına şikayət etmək barədə yekdilliklə qərar qəbul ediblər.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Rusiya Demokrat Partiyasının üzvü, 69 yaşlı Qriqori Yeremeyevə qarşı inzibati iş 28 yanvarda Samara Leninski rayon məhkəməsinə daxil olub. O, "ordunu nüfuzdan salmaqda" ittiham olunur.

Məruzənin əsasını Yeremeyevin 23 dekabr 2025-ci ildə Samara vilayət Dumasındakı çıxışı təşkil edib. O zaman o, "Xarici İşlər Nazirliyinin uğursuzluğundan" danışıb və deputatları baş verənlərə görə məsuliyyəti "Putinlə bölüşməyə" çağırıb.

Belə ki, 24 dekabrda keçirilən regional Duma iclasında siyasətçi bölgənin hər bir sakininə dövlətin təbii sərvətlərdən istifadəsi üçün 10.000 rubl "icarə haqqı" ödəməyi təklif edib. O, bu vəsaitlərin hərbi əməliyyatlar üçün istifadə olunmasından təəssüfləndiyini bildirib. Yeremeyevin sözlərinə görə, Putin Ukraynaya qoşun göndərməyin "səhvini çoxdan başa düşüb", lakin müharibəni uduzan prezident kimi tarixə düşmək qorxusundan əməliyyatı dayandıra bilmir.

Çıxış deputatların qızğın reaksiyasına səbəb olub. Onlar çıxışı yeddi dəqiqə müzakirə ediblər, sonra isə yekdilliklə hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq üçün səs veriblər. Parlament üzvlərindən biri Yeremeyevin "xarici agent" kimi tanınması məsələsini səsverməyə çıxarmağı təklif edib.

Tarix
2026.01.31 / 00:49
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla