Yuxarı

BMT-dən Kiprlə bağlı qərar: Ankaradan sərt reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-dən Kiprlə bağlı qərar: Ankaradan sərt reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi Kipr adasındakı Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Qüvvələrinin mandatının uzadılmasına reaksiya verib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, qurum bu barədə bəyanat yayıb.

“BMT Sülhməramlı Qüvvələrinin mandatı uzadıldıqda adadakı iki suveren və bərabərhüquqlu icmadan biri olan Kiprin türk tərəfinin razılığının alınmaması sözügedən təşkilatın müəyyən edilmiş təcrübə və prinsiplərinə ziddir. Vurğulayırıq ki, Sülhməramlı Qüvvələr Şimali Kipr hakimiyyətinin xoşməramlı yanaşması sayəsində Şimali Kipr ərazisində fəaliyyətlərini davam etdirə bilər. Bu fəaliyyətlərin davamı üçün hüquqi çərçivənin yaradılmasının vacibliyini vurğulayırıq. Əgər bu, tez bir zamanda baş verməsə, Şimali Kipr Türk Cümhuriyyəti hakimiyyəti tərəfindən atılan hər hansı bir addım ana vətən və qarant Türkiyə tərəfindən tam dəstəklənəcək. BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti bu reallığı (adada iki dövlətli həll – red.) qəbul etməyə, Kipr türklərinin bərabər beynəlxalq statusa olan hüquqlarını tanımağa və adadakı iki qonşu dövlət arasında sıx əməkdaşlıqla formalaşan, regional sabitliyi, inkişafı və rifahı təşviq edəcək parlaq bir gələcəyə yol açmağa dəvət edirik”, - bəyanatda bildirilib.

Tarix
2026.01.31 / 15:36
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla