Yuxarı

Putin müdafiəni yara bilmir - İki böyük uğursuzluq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin müdafiəni yara bilmir - İki böyük uğursuzluq

Rusiya rəhbəri Vladimir Putinin Ukraynanın mülki əhalisinə qarşı həyata keçirdiyi “qış terroru” işə yaramır, cəbhədə isə Rusiya hücumu əsasən dalana dirənib.

Axar.az xəbər verir ki, bu fikri Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Yulian Röpke bildirib.

Onun sözlərinə görə, bu qış Putin nəhayət ki, uzunmüddətli məqsədini qismən də olsa reallaşdıra bilib – ukraynalıların hamısını “qaranlığa və soyuğa qərq etmək” və bununla da onları kapitulyasiyaya məcbur etməyə ümid edib. Rusiya raket və “terrorçu dronların” istehsalını artırdığı bir vaxtda Ukrayna demək olar ki, bütün HHM raket ehtiyatlarını tükədib.

“Buna baxmayaraq, Putinin strategiyası işə yaramır. Milyonlarla insana qarşı gündəlik terrora rəğmən, ukraynalıların əksəriyyəti möhkəm dayanır və Rusiyanın istədiyi kimi öz hökumətindən cəbhədə kapitulyasiya və Donbasdan imtina tələb etmir”, – deyə Röpke vurğulayıb.

Analitik qeyd edir ki, Rusiya hər gün Ukrayna dronları, soyuq və aclıq səbəbindən yüzlərlə əsgər itirir. Nəticədə isə son iki həftə ərzində Rusiya ordusu Zaporojye vilayətində yalnız üç kiçik kəndi ələ keçirə bilib. Eyni zamanda Donbasda cəbhə nisbətən sabit qalır, Xarkov istiqamətində isə Rusiya Baş Qərargahı ümumiyyətlə şəhər və kəndlərin guya ələ keçirilməsi barədə uydurma məlumatlar yaymağa başlayıb.

“Ümumilikdə, müharibənin dördüncü ilinin sonuna doğru Rusiya hücumu əsasən iflasa uğrayıb: mülki əhaliyə qarşı kütləvi terrora, şaxtalara baxmayaraq, Ukraynanın effektiv müdafiəsi sayəsində. Rusiya nə qədər amansız davransa da, Putin Ukraynanın müqavimət iradəsini və cəbhə xəttini yara bilmir”, - Röpke qeyd edib.

Tarix
2026.02.05 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla