Yuxarı

ABŞ müharibənin bu tarixədək başa çatmasını istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ müharibənin bu tarixədək başa çatmasını istəyir

ABŞ Ukraynada müharibənin yaya – iyun ayına qədər başa çatmasını istəyir və danışıqların dəqiq qrafikinin razılaşdırılmasında təkid edir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

"Niyə məhz bu yaya qədər? Başa düşürük ki, ABŞ-dakı daxili məsələlər təsir göstərir. İlk dəfə tərəflər ən mürəkkəb məsələlərin liderlərin üçtərəfli görüşündə qaldırıla biləcəyini müzakirə etdilər. Lakin bunun üçün müəyyən hazırlıq lazımdır. Belə formatda müzakirənin dialoqda yer alması vacibdir", - Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, Ukrayna bir həftə sonra ABŞ-da Rusiya nümayəndə heyəti ilə görüşün keçiriləcəyini təsdiqləyib. ABŞ tərəfinin təklif etdiyi görüş çox güman ki, Mayamidə keçiriləcək.

Zelenski qeyd edib ki, ABŞ atəşkəsin monitorinqində iştirakını təsdiqləyib:

"Hərbçilər söhbət aparıblar və başa düşürlər ki, siyasətçilərin müharibənin başa çatması barədə qərar qəbul edəcəyi halda atəşkəsin Ukrayna, Rusiya və ABŞ tərəfindən monitorinqi texniki olaraq necə həyata keçiriləcək. Yəni ABŞ iştirakını təsdiqləyir. Avropaya gəlincə, bu, onların bu prosesdə olmayacağı demək deyil".

Tarix
2026.02.07 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla