Yuxarı

Rusiya və Çin müharibə zamanı İrana yardım edəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya və Çin müharibə zamanı İrana yardım edəcək?

İran ABŞ-ın hücum ehtimalını azaltmaq üçün Rusiya və Çinlə Oman körfəzi və Hind okeanının şimalında “Dəniz təhlükəsizlik kəməri” adlı birgə hərbi təlimlər keçirib. Bu təlimlər hər il keçirilir. Vaşinqton bu təlimlərdən çəkinmir. Çünki ABŞ-ın siyasi dairələrində hesab edirlər ki, İrana qarşı hücum olarsa, Rusiya və Çin Tehranın tərəfində müharibədə iştirak etməyəcəklər. Moskva və Pekin sadəcə müharibə əleyhinə bəyanat verməklə kifayətlənəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiya və Çin fərqli problemlərin həlli ilə məşğuldur:

“Rusiya Prezidenti Vladimir Putin ölkəsinin hərbi və diplomatik resurslarını Ukrayna istiqamətinə yönəldib və Kreml İranı xilas edəcək durumda deyil. Çin lideri Si Szinpin isə orduda təmizlik işləri aparmaqla məşğuldur. Qərb mətbuatının yazdığına görə, ordu generallarına qarşı aparılan antikorrupsiya araşdırmalarından sonra Çinin Mərkəzi Hərbi Komitəsində (MHK) cəmi iki nəfər qalıb və onlardan biri də məhz Si Szinpindir. O, Çin Xalq Azadlıq Ordusunun operativ komandanlığını tam şəkildə öz əlində cəmləşdirməyə məcbur qalıb. Çin Müdafiə Nazirliyi sədrinin müavini Çan Yusya və Birləşmiş Qərargahın rəisi Liu Çenli barəsində araşdırmalar davam edir. Hər ikisi intizam və qanunun ciddi şəkildə pozulmasında şübhəli bilinirlər. Bu, Çin Xalq Respublikası tarixində görünməmiş hadisədir.

Çin ordusunda həbslərə baxmayaraq, Pekin nüvə potensialını artırmaqda davam edir. Vaşinqton nüvə silahlarının azaldılmasıyla bağlı sazişə Rusiya ilə yanaşı, Çinin də imza atmasını tələb edərkən, Pekin bu tələbi rədd edib. Buna görə də Vaşinqton Moskva ilə yeni nüvə sazişi imzalamaq istəmir.

Bu arada, CNN televiziya kanalının kəşfiyyat orqanlarına istinadən məlumata görə, Çin yeni nəsil nüvə silahı hazırlayıb və onların sınaqlarını keçirib. Televiziya kanalına ötürülən xəbərdə deyilib ki, bu sınaq Çinin nüvə arsenalını dünyanın ən müasir və texnoloji baxımdan inkişaf etmiş vəziyyətə gətirmək məqsədilə həyata keçirilən geniş bir layihənin hissəsidir. Pekinin məqsədi aydındır. Çin nüvə potensialına görə, ABŞ və Rusiyaya çatmaq istəyir”.

Tarix
2026.02.22 / 19:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla