Yuxarı

Səudiyyə Ərəbistanı: İranın Körfəz ölkələrinə hücumları...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyə Ərəbistanı: İranın Körfəz ölkələrinə hücumları...

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın Körfəz ölkələrinə qarşı hücumlarını sərt şəkildə qınayıb.

Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı bununla bağlı bəyanat yayıb.

Səudiyyə Ərəbistanı İranın Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər Dövləti, Küveyt Dövləti və İordaniya Haşimilər Krallığının suverenliyinə qarşı həyata keçirdiyi kobud hücumu və açıq-aşkar pozuntunu qətiyyətlə pisləyib və ən sərt şəkildə qınayıb.

Bəyanatda qeyd olunub ki, Ərəbistan “qardaş ölkələrlə tam həmrəy olduğunu və onların yanında dayandığını təsdiqləyir”.

Həmçinin vurğulanıb ki, Səudiyyə Ərəbistanı bu dövlətlərin qəbul etdiyi tədbirlərə dəstək vermək üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.

Eyni zamanda bildirilib ki, dövlətlərin suverenliyinin və beynəlxalq hüquq prinsiplərinin pozulmasının davam etməsi ağır nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ İrana qarşı hərbi əməliyyata başlayıb. İran cavab olaraq qonşu ölkələrdəki ABŞ bazalarına zərbələr endirir.

Tarix
2026.02.28 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla