Yuxarı

Amerikalı jurnalist Türkiyədə həbs olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amerikalı jurnalist Türkiyədə həbs olundu

Amerikalı jurnalist Lindsi Snell Türkiyədə həbs olunub.

Axar.az xəbər verir ki, jurnalistin həbsi ABŞ Dövlət Departamenti tərəfindən də təsdiqlənib.

"ABŞ vətəndaşı Lindsi Snell Türkiyədə 2016-cı ilin avqustun 7-də həbs olunub. O, hazırda Hatay vilayətindəki həbsxanada saxlanılır", - Dövlət Departamentinin rəsmisi Con Kirbi deyib.

Onun sözlərinə görə, ABŞ-ın Adanadakı konsulluğunun əməkdaşları sonuncu dəfə jurnalistə avqustun 26-da baş çəkiblər və ona lazımi yardım göstəriblər.

Kirbi bildirib ki, jurnalist həbs olunana qədər Suriyada imiş, sonradan Türkiyə ərazisinə keçib. Onun Suriyada hansı fəaliyyətlə məşğul olduğunu isə deməyib.

"NBC Nyus" telekanalının məlumatına görə, amerikalı diplomatlar jurnalistin Suriyadan keçməsi üçün Türkiyə-Suriya sərhədində olublar, amma Snell Türkiyə ərazisinə daxil olan kimi həbs olunub. Onun sərhədi qanunsuz keçməkdə ittiham olunduğu bildirilir.

Tarix
2016.09.01 / 12:52
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla