Yuxarı

Barak Obama məqalə yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnsanlar rənginə, dininə və ya cinsi seçiminə görə işdən çıxarıla bilməz"

Amerika prezidenti Barak Obama "Haffinqton Post" qəzetində çap olunan məqaləsində insanların rəngi, dini və ya cinsi seçimlərinə görə işdən çıxarılmamalı olduğunu yazıb. Hər kəsin bərabər yaradıldığını vurğulayan Obama, "Qanun qarşısında hər bir Amerikalı bərabər hüquqa malikdir",- deyib.

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Obama öz imzasıyla nəşr etdiyi məqaləsində belə ayrı-seçkiliklərin ABŞ-da yaşanmamalı olduğunu vurğulayıb. 2013-cü il olmasına baxmayaraq, insanların cinsi orientasiyaları səbəbindən işdən çıxarıldığına diqqət çəkən Obama, "Bu dəhşəti səhvdir. Dayandırılması lazımdır. Çünki, ABŞ-da kim olduğun və kimi sevdiyin işdən çıxarılmağına səbəb ola bilməz",- deyib.

Obama məqaləsində Konqresə çağırış edib ki, "Məşğulluqda Ayrı-seçkilik Etməmə Qanunu"nu (ENDA) qəbul etsinlər. Qlobal iqtisadiyyatda rəqabətin davam etdirilə bilməsi üçün hər kəsin çox işləməsinin lazım olduğunu bildirən Obama, "Buna görə Senata və eyni şəkildə Nümayəndələr Məclisinə ENDA-ya "hə" səsini verməyə çağırıram",- deyib. ABŞ prezidenti yaşanan ayrı-seçkiliyin beləcə qarşısının alına biləcəyini vurğulayıb.

Obama rəhbərliyi ENDA olaraq tanınan "Məşğulluqda Ayrı-seçkilik Etməmə Qanunu" ilə xüsusilə cinsi seçimlərinə görə adamların işdən çıxarılmasına mane olmağı hədəfləyir. Ancaq Nümayəndələr Məclisinin əksəriyyətini əlində saxlayan Respublikaçı Partiyanın böyük qismi hələ də qanun təklifinə qarşı çıxır.

Tarix
2013.11.05 / 17:10
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!

Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

Prezident Bakıda mühüm forumda iştirak etdi - Foto

XİN-dən sülh sazişi ilə bağlı bəyanat...

İlham Əliyev Rebeka Qrinspanı qəbul etdi

Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik

İlham Əliyev Birola “Dostluq” ordenini təqdim etdi - Foto

Əli Əsədov daha bir qərar imzaladı

İlham Əliyev ÜST-ün baş direktorunu qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla