Yuxarı

Livan İran səfirini qovdu, lakin diplomat ölkəni tərk etmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Livan İran səfirini qovdu, lakin diplomat ölkəni tərk etmir

Livan ilə İran arasında diplomatik gərginlik artır. Səbəb Beyrutun İran səfiri Məhəmməd Rza Şeybaninin akkreditasiyasını geri götürməsi və onu “arzuolunmaz şəxs” elan etməsi, Tehranın isə onun vəzifədə qalmasında israr etməsidir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Livan Xarici İşlər Nazirliyinin səfirə ölkəni tərk etməsi üçün verdiyi müddət başa çatsa da, diplomat hələ də Beyrutdadır. İran XİN-in sözçüsü İsmayıl Bəqai diplomatın Livanda vəzifəsində qalacağını bildirib.

Diplomatik mənbələrin məlumatına görə, səfirin Beyrutu tərk etməmək qərarı Livanda daxili siyasi qüvvələrin, o cümlədən parlament sədri Nəbih Berrinin və Hizbullah hərəkatının mövqeyi ilə əlaqələndirilir.

Rəsmi Beyrut qərarını diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 9-cu maddəsi ilə əsaslandırıb. Həmin maddə dövlətlərə istənilən diplomatı “arzuolunmaz şəxs” elan etmək hüququ verir. Livan Xarici İşlər Nazirliyi qərarını diplomatik qaydaların pozulması və qeyri-rəsmi görüşlərin keçirilməsi ilə izah edib.

Eyni zamanda, Livan hökuməti Tehrandakı səfiri Əhməd Suveydanı məsləhətləşmələr üçün geri çağırıb ki, bu da gərginliyin artdığını göstərir.

Digər tərəfdən, Hizbullah və “Əməl” hərəkatları Livan Hökumətinin qərarını tənqid edib və Nazirlər Kabinetinin iclasını boykot ediblər. Bu isə ölkə daxilində İranla münasibətlərdə fikir ayrılığını nümayiş etdirir.

Tarix
2026.03.31 / 00:23
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla