Yuxarı

Dağıstanda daşqın: Yaşayış binası uçdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dağıstanda daşqın: Yaşayış binası uçdu

Mahaçqalada güclü yağışlardan sonra baş verən daşqın nəticəsində çoxmənzilli yaşayış binası uçub. Daha bir neçə binanın da uçma təhlükəsi ilə üzləşdiyi bildirilir.

Axar.az xəbər verir ki, Qazoprovodnaya küçəsində yerləşən binanın bünövrəsi su ilə yuyulub. Bundan sonra bina çökməyə başlayıb və şahidlərin gözü qarşısında uçub, bu zaman içəridə insanların olduğu ehtimal edilir.

FHN əməkdaşları təxliyə və axtarış-xilasetmə işləri aparırlar.

Şəhər meriyasından bildirilib ki, azı daha dörd çoxmənzilli yaşayış binasının uçma təhlükəsi var və bu binalardan artıq 300 nəfərə yaxın insan təxliyə olunub. Mahaçqalada fövqəladə vəziyyət rejimi elan edilib.

Prokurorluğun məlumatına görə, yaşayış binasının uçması faktı ilə bağlı yoxlamaya başlanılıb.

Güclü yağışlar regionda genişmiqyaslı daşqınlara səbəb olub. Dağıstanda 1000-dən çox ev hələ də su altında qalır, o cümlədən Mahaçqala, Dərbənd və Xasavyurt şəhərlərində binalara ziyan dəyib.

Tarix
2026.04.05 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla