Yuxarı

İranın Hörmüz üçün “1 dollar” tələbi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Hörmüz üçün “1 dollar” tələbi

İran hakimiyyəti Hörmüz boğazından keçən neft tankerləri üçün hər barrelə görə 1 dollar almaq niyyətindədir və həmçinin istənilən gəmini yoxlamaq imkanına malik olmaq istəyir.

Axar.az xəbər verir ki, bu sözləri İranın Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin sözçüsü Həmid Hüseyni “Taynənşl Tayms” nəşrinə açıqlamasında deyib.

“İran boğazdan nəyin daşındığına nəzarət etməlidir ki, bu iki həftəlik atəşkəs silah daşınması üçün istifadə olunmasın”, - o bildirib.

O, istənilən gəminin keçə biləcəyinə zəmanət verib, lakin yoxlamaların vaxt aparacağı barədə xəbərdarlıq edib.

Hüseyni vurğulayıb ki, hər bir tanker hakimiyyət orqanlarına yükü haqqında məlumat olan bir e-poçt göndərməlidir, bundan sonra İran onlara kriptovalyuta ilə ödəniləcək rüsum barədə məlumat verəcək:

“Məktub alındıqdan və İran qiymətləndirməni başa çatdırdıqdan sonra gəmilərə bitkoin ilə ödəmək üçün bir neçə saniyə vaxt veriləcək və bu da ödənişin sanksiyalar səbəbindən izlənilməməsi və ya müsadirə edilməməsini təmin edəcək”.

O, icazəsiz keçməyə çalışan hər hansı bir gəminin məhv ediləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bu gün İran və ABŞ iki həftəlik atəşkəs razılaşmasını qəbul edib.

Tarix
2026.04.08 / 21:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan bu yolla daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla