Yuxarı

İran indi daha maksimalistdir: nələr tələb edəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran indi daha maksimalistdir: nələr tələb edəcək?

ABŞ Prezidenti Donald Tramp tərəfindən bir aydan artıq davam edən təhdidedici ritorika və ultimatumlardan sonra – ki, bunun kulminasiyası onun İranı bombardmanlarla “daş dövrünə qaytarmaq” hədəsi olub - atəşkəs əldə edildi.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri yazıb.

“Tərəflər İslamabad şəhərində görüşəndə, fevralda – müharibədən əvvəl keçirilən danışıqlarda həll olunmamış eyni mübahisələrlə, eləcə də daha kəskin yeni problemlərlə üzləşəcəklər. Əgər Tramp ümid edirdisə ki, bombalar İranı o vaxt razılaşmaya getmədiyinə görə peşman edəcək, görünür, bu plan onun əleyhinə işləyib. Tehran minlərlə itki versə də, sülh üçün şərtlərini əvvəlkindən daha maksimalist edib”, – materialda qeyd olunur.

Bildirilir ki, indi İran Hörmüz boğazı üzərində daimi nəzarət, bütün əsas və ikinci dərəcəli sanksiyaların ləğvi, ABŞ qoşunlarının regiondan çıxarılması və münaqişə zamanı dəymiş ziyana görə maliyyə kompensasiyası tələb edir:

“Bəzi məsələlər üzrə potensial kompromisin konturlarını görmək olar: ABŞ İranda müəyyən səviyyədə uranın zənginləşdirilməsinə və ehtiyatların azaldılmasına razılaşa, Tehran sanksiyaların məhdud və ya şərti şəkildə ləğvinə razı ola, ABŞ Yaxın Şərqdəki bazalarını saxlayacağını bildirə bilər”.

Lakin materialda vurğulanır ki, Hörmüz boğazı məsələsini həll etmək daha çətindir. Bu boğaz beynəlxalq su yolu hesab olunsa və nominal olaraq hamı üçün açıq olsa da, İran qlobal enerji resurslarına təsir imkanlarından imtina etmək niyyətində deyil:

“Əgər Tramp bu strateji nöqtə üzərində İranın nəzarətini aradan qaldıra bilməsə (və ya istəməsə), o, bununla barışmalı ola bilər – buna görə də tranzitin idarə olunması üçün İranla birgə müəssisə təklif edib. Gəmiçilik azadlığı kimi yüksək prinsiplər kompromislər prosesində tez unudula bilər, xüsusən də nəzərə alsaq ki, tərəflərin heç biri dəniz idarəçiliyinin əsas prinsiplərini müəyyən edən BMT-nin Dəniz Hüququ Konvensiyasının iştirakçısı deyil”.

Qeyd edək ki, bu gün ABŞ və İran nümayəndələrinin Pakistanda danışıqlara başlayacağıq gözlənilir.

Tarix
2026.04.11 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla