Yuxarı

Dünyada buzlaqlar sürətlə əriyir: Böyük təhlükə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada buzlaqlar sürətlə əriyir: Böyük təhlükə...

2025-ci ildə qlobal səviyyədə buzlaqlar rekord həcmdə buz itirib.

Axar.az xəbər verir ki, beynəlxalq tədqiqat qrupunun son tədqiqatının nəticələrinə görə, 2025-ci ildə Yer kürəsindəki buzlaqlar təxminən 408 giqaton buz itirib və bu, qlobal dəniz səviyyəsinin təxminən 1,1 millimetr qalxmasına səbəb olub.

Avstraliyalı bir alimin də iştirak etdiyi Dünya Buzlaqlarının Monitorinqi Xidmətinin araşdırmasını dərc edən Avstraliyanın Monaş Universitetinin son açıqlamasına görə, 2025-ci il buzlaqların əriməsinin qeydə alındığı 1975-ci ildən bəri dəniz buzunun itkisi üzrə altıncı ən pis il olub.

Monaş Universitetinin tədqiqatçısı, tədqiqatın həmmüəllifi Levan Tielidze bildirib:

“Buzların ən ekstremal itkisinin son yeddi ilin ardıcıl altısında baş verməsi iqlim sisteminiin nə qədər sürətlə dəyişdiyini göstərir”.

“Nature Reviews Earth & Environment” jurnalında dərc olunan araşdırmaya görə, son on ildə buz itkisində kəskin sürətlənmə müşahidə olunub və illik itkilərin həcmi XX əsrin sonlarında müşahidə ediləndən təxminən dörd dəfə çoxdur. Alimlər bildirirlər ki, nəticələr davam edən buzlaq azalmasının miqyasını və təcililiyini vurğulayır.

Tədqiqat göstərib ki, 1975-ci ildən bəri dünya üzrə buzlaqlar təxminən 9600 giqaton buz itirib ki, bu da dəniz səviyyəsini təxminən 26 millimetr qaldırmaq üçün kifayətdir və itkinin təxminən 80 faizi 2000-ci ildən bəri baş verir.

Həmçinin bildirilir ki, 2025-ci ildə bütün 19 əsas buzlaq bölgəsi ardıcıl dördüncü ildir ki, kütləsini itirib və ən böyük itkilər Qərbi Şimali Amerika və Mərkəzi Avropada müşahidə olunub.

Tarix
2026.04.12 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Sabir Rüstəmxanlı və xanımı PA-da - Görüş keçirildi

Britaniyanın yeni səfiri Bakıda - Video

Dünya liderləri İlham Əliyevi təbrik edir

Kənd təsərrüfatı məhsulları ucuzlaşacaq?

İlham Əliyev Kavelaşvilini təbrik etdi

Milli Məclisin iclası başladı

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

AXC-nin yaradılması dövlətçilik tariximizdə... - Deputat

Azərbaycanda iki rəis vəzifəsindən azad olundu

Azərbaycanla Rusiya arasında kritik görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla