Yuxarı

9 milyonluq ölkə ABŞ-ı necə idarə edir? - Karlson

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
9 milyonluq ölkə ABŞ-ı necə idarə edir? - Karlson

Tramp aldadılıb və İsrailin Baş naziri Benyamin Netanyahunun təkidi ilə İranda hakimiyyəti devirməyə cəhd edib. Bu, ABŞ prezidentinin indiyə qədər etdiyi ən böyük səhvdir.

Axar.az xəbər verir ki, bunu tanınmış amerikalı jurnalist Taker Karlson uzun illərdir dostu olan ABŞ Prezidenti Donald Tramp üçün təəssüf hissi keçirdiyini bildirərkən deyib.

“Bu, israillilərin onilliklərdir ABŞ hökumətindən tələb etdiyi bir məsələdir. Prezident Tramp bu tələyə düşdü. Mən onunla küsülü deyiləm. Onu onilliklərdir tanıyıram. Mənim ona, bütün qullar kimi, yazığım gəlir. Hazırda o özü və ya ölkəsi üçün ən yaxşı saydığını etməkdə tam azad deyil.

1963-cü ildən bəri ABŞ-ın bütün prezidentləri böyük ölçüdə İsrailin bizdən istədiklərini ediblər və indi bu, bizə zərər verir. Ona görə də problem təkcə Trampda deyil. Problem 9 milyon əhalisi olan bir ölkənin 350 milyon əhalisi olan bir ölkəni idarə etməsinə imkan verən nəzarət mexanizmindədir. Bu hansı mexanizmdir?” – deyə Karlson qeyd edib.

Tarix
2026.04.13 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla