Yuxarı

ABŞ Rusiya neftinin satış əməliyyatlarına icazə verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rusiya neftinin satış əməliyyatlarına icazə verdi

ABŞ Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və boşaldılması üzrə əməliyyatlara müvəqqəti icazə verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yayımladığı baş lisenziyada qeyd olunub.

Sənədə əsasən, yalnız 17 aprelədək tankerlərə yüklənmiş neft və neft məhsulları üzrə əməliyyatların 16 maya qədər həyata keçirilməsinə icazə verilir.

Məlumata görə, yeni lisenziya daha əvvəl martın 19-da verilmiş və aprelin 11-də qüvvədən düşmüş analoji sənədi tam əvəz edir.

Qeyd olunub ki, qərar mövcud əməliyyatların tənzimlənməsi və başa çatdırılması məqsədi daşıyır.

Tarix
2026.04.18 / 10:10
Müəllif
Axar.az
Digər xəbərlər

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla