Yuxarı

Leyen Türkiyənin adını “təhdid” kimi çəkdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyen Türkiyənin adını “təhdid” kimi çəkdi

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Türkiyənin adını Rusiya və Çin ilə yanaşı çəkməsi və NATO müttəfiqinin potensial təhdid kimi görülməsi Türkiyə tərəfində narazılıq yaradıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, Hamburqda tədbirdə çıxış edən Leyen AB-nin genişlənməsinə dəstəyindən danışarkən əlavə edib ki, birlik Avropa qitəsini tamamlamaqda uğur qazanmalıdır ki, o, Rusiya, Türkiyə və ya Çinin təsiri altına düşməsin. Bu açıqlamalar Türkiyənin dövlət xəbər agentliyi “Anadolu” tərəfindən işıqlandırılıb.

Bundan sonra AB Komissiyasının baş sözçüsü Paula Pinho açıqlama verərək bildirib ki, Türkiyəyə istinad onun geosiyasi çəkisinin, ölçüsünün və xüsusilə Qərbi Balkanlardakı ambisiyalarının tanınması idi və hər hansı başqa ölkə ilə müqayisə məqsədi daşımırdı.

O, Türkiyənin xüsusilə miqrasiya kimi məsələlərdə, həm iqtisadi, həm də siyasi baxımdan region üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, ölkə AB-yə namizəddir və NATO-nun mühüm müttəfiqidir.

Türkiyənin Xarici İşlər Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Tarix
2026.04.22 / 13:15
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla