Yuxarı

İranı tərk edin - ABŞ-dan xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranı tərk edin - ABŞ-dan xəbərdarlıq

ABŞ Dövlət Departamenti İran hava məkanının qismən yenidən açılmasından sonra ABŞ vətəndaşlarına o ölkəni tərk etməyi tövsiyə edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat yayılıb.

"21 aprel tarixindən etibarən İran hava məkanı qismən yenidən açılıb. ABŞ vətəndaşları İranı indi tərk etməli, aktual informasiya almaq üçün yerli KİV-i izləməli və İrandan həyata keçirilən uçuşlarla bağlı əlavə məlumat üçün kommersiya daşıyıcıları ilə əlaqə saxlamalıdırlar. İranı tərk etməyə çalışan ABŞ vətəndaşları bunu Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan vasitəsilə quru yolu ilə də edə bilərlər", - deyə məlumatda bildirilib.

Dövlət Departamenti həmçinin ABŞ vətəndaşlarına Əfqanıstan, İraq və Pakistanın İranla həmsərhəd olan ərazilərinə səyahət etməməyi tövsiyə edib.

İranı tərk edə bilməyən ABŞ vətəndaşlarına növbəti xəbərdarlığadək yaşayış yerlərində - evlərində, hotellərdə və ya digər binalarda qalmaları, eləcə də pəncərələrdən uzaq durmaları tövsiyə olunub.

Daha əvvəl bildirildiyinə görə, Tehran da daxil olmaqla, İranın altı hava limanında hava nəqliyyatının fəaliyyəti qismən bərpa olunub. Aprelin 18-də İran hava məkanının qismən açılması elan edildikdən sonra ilk sərnişin təyyarəsi Omandan İrana yola düşüb

Tarix
2026.04.23 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla