Yuxarı

Amerikalı milyonçunu Afrikada fillər öldürdü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amerikalı milyonçunu Afrikada fillər öldürdü - Foto

Amerikalı milyonçu - 75 yaşlı iş adamı Erni Dozionu Afrikada ov zamanı fillər tapdalayıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Erni Dozio peşəkar ovçu ilə birlikdə sıx tropik meşədə olarkən gözlənilmədən beş ana fil və onların balalarından ibarət sürü ilə qarşılaşıb. Heyvanlar təhlükə hiss edərək onlara hücum ediblər.

Peşəkar ovçu ağır xəsarət alıb və silahını itirib. Ov tüfəngi ilə silahlanmış Dozio da özünü müdafiə edə bilməyib və fillər tərəfindən tapdalanıb. O, aldığı xəsarətlərdən ölüb.

Afrika filləri planetdə ən böyük quru heyvanları hesab olunurlar: dişilər təxminən dörd metr hündürlüyə çata və saatda 40 km-ə qədər sürətlənə bilirlər ki, bu da onları hücum zamanı olduqca təhlükəli edir.

İşlə Qabondakı ABŞ səfirliyi məşğul olur və Dozionun cəsədinin Kaliforniyadakı vətəninə qaytarılmasını koordinasiya edir. Mütəxəssislər qeyd edirlər ki, fil hücumları nadir hallarda olsa da, əsasən sıx bitki örtüyündə qəfil qarşılaşmalar zamanı, xüsusən də sürüdə balalar varsa, baş verir.

Tarix
2026.04.24 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla