Yuxarı

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Türkiyəli məşhur müğənni Hande Yener Muğlada keçirilən konsert zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlətməsi iddiası ilə istintaqa ifadə verməyə çağırılıb.

Kult.az Lent.az-a istinadla xəbər verir ki, müğənninin səhnədə çıxışı zamanı prezidentə işarə edərək, “Bu dövrü çox gözəl devirəcəyik” dediyi iddia olunub.

İstintaq çərçivəsində müğənni barəsində hər hansı saxlanılma tədbiri görülməyib, lakin onun şübhəli şəxs qismində ifadəsinin alınmasına qərar verilib.

Yener prokurorluğa verdiyi ifadəsində bildirib ki, səhnədəki hərəkətləri siyasi mövqe deyil, musiqinin ritmi və tamaşaçıların coşqusuna verilən ani reaksiya olub.

Müğənni qeyd edib ki, fərqli zaman və məkanlarda baş verən hadisələr sanki bir hadisə kimi təqdim olunub. Onun sözlərinə görə, səhnədə tullanması ilə “Bu dövrü devirəcəyik” ifadəsi eyni ana aid deyil.

Yener deyib ki, həmin ifadə başqa bir konsertində, Harbiyedə keçirilən çıxış zamanı “Bodrum” mahnısına istinadən gənclərə motivasiya xarakterli nitqinin bir hissəsi olub. Onun fikrincə, bu iki ayrı hadisənin birləşdirilməsi məqsədli şəkildə yanlış təqdimatdır.

Sənətçi ifadəsində həmçinin vurğulayıb ki, o, fəaliyyətini hər zaman birləşdirici güc kimi görüb. O, 15 iyul 2016-cı il Türkiyədə çevriliş cəhdi sonrası demokratiya aksiyalarında iştirak etdiyini, Yenikapı mitinqində yer aldığını və prezidentlə müxtəlif tədbirlərdə görüşdüyünü xatırladıb.

Tarix
2026.04.24 / 19:08
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla