Yuxarı

Aysberq kiçilir: Türkiyə şəhərləri təhlükədə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aysberq kiçilir: Türkiyə şəhərləri təhlükədə...

Arktikada rekord qıran buz əriməsi təkcə qütblər deyil, həm də Türkiyənin sahil şəhərləri üçün təhlükəlidir. Mütəxəssislərin fikrincə, dəniz səviyyəsinin yüksəlməsi, həddindən artıq yağışlar və sahil daşqınları İstanbuldan İzmirə və Mersindən Trabzona qədər uzanan geniş bir risk zonası yaradır.

Axar.az xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.

Alimlər bildirirlər ki, İstanbul, İzmir, Kocaeli, Təkirdağ, Bursa, Samsun, Trabzon, Mərsin, Adana, Hatay və Antalya kimi sahil şəhərlərində dəniz səviyyəsi yüksələcək və həddindən artıq yağış təchizatlara fiziki ziyan vuracaq, həmçinin texniki xidmətlərin pozulmasına səbəb olacaq.

Su Siyasəti üzrə mütəxəssis Dursun Ulduz buzlaqların əriməsi nəticəsində yaranan risklərlə bağlı qeyd edib ki, İstanbul bu mənzərənin ən kritik başlığı kimi önə çıxır:

“İstanbul eyni zamanda liman, maliyyə, nəqliyyat və sənaye şəbəkələrinin düyün nöqtəsidir. Mərmərə sahil zolağında Təkirdağdan Kocaeliyə qədər uzanan xətt uzun müddətdir Türkiyə iqtisadiyyatının onurğa sütunu sayılır.

Bu gün bu xətt üzrə dəniz səviyyəsinin yüksəlməsi, sahil daşqınları, qəfil yağıntılar və infrastruktur üzərində təzyiq birlikdə nəzərə alınmalıdır. Əsas təhlükə isə metro xətlərindən sahil yollarına, tullantı su sistemlərindən liman əməliyyatlarına, sənaye anbarlarından aşağı səviyyəli məhəllələrə qədər uzanan zəncirvari kəsinti ehtimalıdır”.

Qeyd edək ki, dünyanın ən böyük “A23a” aysberqi kiçik hissələrə parçalanaraq orijinal ölçüsündən 100 dəfə kiçilib.

Tarix
2026.04.26 / 08:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla