Topqapı sarayında xanımların taxdığı zinət əşyaları indi
də Avropanı fəth edir.
Məşhur ləl-cəvahirat firması "Çopard" yeni Osmanlı
kolleksiyası hazırlayır.
Firmanın başçısı Karolina Şeyfel "2014 Kann Film Festivalı" üçün
hazırladığı Osmanlı kolleksiyasında heyran qaldığı motivlərə də yer
verəcək.
Hollivud ulduzları və məşhur adamların markası olan "Çopard",
Osmanlı motivlərini Kann Film Festivalında nümayiş etdirəcək.
O bunun üçün hətta Topqapı sarayını ziyarət
etdi
Karolina Şeyfel ziyarət etdiyi Topqapı Sarayını çox bəyəndiyini
və zövq aldığını söyləyib. Xüsusi ilə çiçək motivləri və firuzəyi
rənginin onu ovsunladığını ifadə edən Şeyfel 1998-ci ildən bəri
Kann Film Festivalına sponsorluq etdiklərini, hər il "Qırmızı xalı"
kolleksiyası hazırladıqlarını, 2014-cü il kolleksiyasında Osmanlı
motivlərindən də istifadə edəcəklərini bildirib. Eyni zamanda
markanın dizayn qrupuna başçılıq edən Şeyfel Türkiyədə 30 il
fəaliyyət göstərdiklərini, xüsusən saat və ləl-cəvahiratda yaxşı
biznes qura bildiklərindən danışıb.
Türkiyədə 25 min dollarlıq saata müştərilər
var
Şeyfel Türkiyədə "Çopard" markasının saatlarını 5 min dollardan,
ləl-cəvahiratı isə 1500 min dollardan başlayaraq satışa çıxardığını
söyləyib. "Biz burada 250 min dollarlıq saatları, 300 min dollarlıq
ləl-cəvahiratı rahatlıqla satırıq".
Xatırladaq ki, Bill Klinton, Hillari Klinton, Putin, Helmut Kol,
Angela Merkel, Monakonun şahzadəsi, Şarliz Teron, Uma Turman, Keyt
Blanşet kimi məşhurlar bu markadan alış-veriş edirlər.
Yəqin ki, "Çopard" markasının Azərbaycandan olan müştəriləri də
az deyil. Amma bu tip alış-verişləri gizlin etməyi sevən
azərbaycanlılar haqqında məlumat almaq mümkün olmur.