Yuxarı

Rusiya ABŞ bizneslərinə qəsdən zərbələr endirir - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ABŞ bizneslərinə qəsdən zərbələr endirir - Səbəb

Rusiya Ukraynada iri Amerika şirkətlərinə məxsus obyektlərə məqsədli zərbələr endirməyə başlayıb, lakin Donald Tramp administrasiyası bu hücumlara məhəl qoymur.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

Nəşr qeyd edir ki, Amerika şirkətlərinin Ukraynadakı iştirakı böyük deyil — söhbət təxminən 120 müəssisədən gedir. Bununla belə, burada “MakDonalds” və “Koka-Kola” kimi iri istehlak brendləri, eləcə də ABŞ-ın əsas taxıl treyderləri fəaliyyət göstərir.

NYT-nin yazdığına görə, ötən yaydan etibarən Rusiyanın zərbələrinin hədəfinə “Koka-Kola”, “Boinq”, qəlyanaltı istehsalçısı “Mondelez İnternational” və tütün nəhəngi “Filip Morris İnternational” ilə əlaqəli obyektlər düşüb. Aprelin ortalarında isə ardıcıl yeddi pilotsuz uçuş aparatı “Kargill” şirkətinin taxıl terminalına hücum edib.

Bildirilir ki, korporasiyalar əsasən bu hücumlar barədə ictimaiyyətə açıqlama verməyiblər, çünki investorlar və sığorta şirkətləri arasında narahatlıq yaratmaq istəmirlər:

“Bəzi ukraynalı biznes nümayəndələrinin fikrincə, bu hücumlar ölkə iqtisadiyyatını boğmaq məqsədi daşıyan, şirkətlərin milli mənsubiyyətindən asılı olmayaraq bütün növ aktivlərə qarşı aparılan daha geniş kampaniyanın bir hissəsidir. Digərləri isə hesab edir ki, Rusiyanın məqsədi məhz Kiyevin Ağ Evlə biznes əlaqələrini gücləndirməyə çalışdığı bir vaxtda Amerika investisiyalarını Ukraynadan uzaqlaşdırmaqdır”.

Tarix
2026.05.13 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla